“Hərfləri tanımıram, yazı yaza bilmirəm. Mən neyləməliyəm? Getdim “İnturist”ə bir otaq götürdüm. On nəfər çox savadlı adamları işə aldım. Onlara yanımda işləməyi təklif etdim”.
OLAY Qafqazinfo-ya istinadən yazır ki, bu sözləri “Şərur MTK”nın sahibi, tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundov “Otaq 9” layihəsinə qonaq olarkən deyib.
O bildirib ki, bundan sonra işləri çox yaxşı gedib:
“Mən oturmuşam, çoban. Amma alimlər işləyir, pullar da gəlir”.
Qeyd edək ki, “Şərur MTK”nın sakinləri tez-tez binalardakı problemlərdən şikayət edirlər.