WOW
WOW

Sevgiləri 3 ay çəkdi

Sevgiləri 3 ay çəkdi

Formula 1-in ulduzu Luis Hemilton və “Modern Family” serialının aktrisası Sofia Verqara iki aylıq münasibətdən sonra yollarını ayırıb.  

OLAY yazır ki, cütlük yanvarda Nyu-Yorkda birgə görüntülənsə də, Radar Online-ın məlumatına görə, 52 yaşlı Verqara münasibətə ciddi yanaşsa da, 40 yaşlı Hemilton eyni fikirdə olmayıb.   

Xatırladaq ki, Verqara 2023-cü ilin yayında 10 illik evliliyinə son qoymuşdu. O, artıq ana olmaq istəmədiyini, övlad arzusunun sabiq həyat yoldaşı ilə yollarını ayırmasına səbəb olduğunu açıqlamışdı.