Rusiyada “Səs” yarışmasının azərbaycanlı iştirakçısı Emil Kadırov saxlanılıb.
OLAY yazır ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Mənbə bildirib ki, Kadırov “Puşkin kartı” federal proqramı ilə 1, 3 milyon rubl məbləğində dələduzluqda şübhəli bilinir. İddia olunur ki, Kadırov dələduzluq əməlini tanışı, “Eldar” kino-konsert zalının bədii rəhbərinin müavini Yelena Qurko ilə birgə törədib.
Belə ki, sözügedən konsert zalında Kadırovun saxta konserti “təşkil olunub” və Qurko vasitəsilə müğənninin mövcud olmayan konsertlərinə biletlər satılıb. Keçirilməyən konsert üçün büdcədən pul köçürülüb.
Rusiya İstintaq Komitəsi tərəfindən külli miqdarda dələduzluqla bağlı cinayət işi açılıb. Dövlət büdcəsinə dəyən ümumi zərərin 1, 3 milyon rubl olduğu bildirlib.
Qeyd edək ki, Emil Kadırov 2015-ci ildə “Səs” şousunda iştirak etdikdən sonra məşhurlaşıb. O, Aleksandr Qradskinin komandasının tərkibində oxuyub və 1/4 finala yüksəlib.
Hazırda sənətçi Aleksadr Gradski Teatrında solist kimi çalışır.