WOW
WOW

Cenniferin həmkarı ilə eşq macərası barədə açıqlama!

Cenniferin həmkarı ilə eşq macərası barədə açıqlama!

Hollivud aktrisası Cennifer Eniston və həmkarı Pedro Paskalın eşq yaşadığı iddia olunub. Buna səbəb ikilinin Los-Ancelesdə şam yeməyinə gedərkən görüntülənməsi olub.

OLAY “Page Six” nəşrinə istinadən yazır ki, aktyorlara yaxın mənbə əslində məşhurlar arasında heç bir şey olmadığını bildirdib. 

“Cennifer və Pedro arasında heç bir romantika yoxdur. Onlar bir-birlərinə peşəkarlar kimi hörmət edirlər, lakin bunlar ciddi platonik hisslərdir. Onlar arasında heç nə yoxdur”, - deyə mənbə vurğulayıb.

Qeyd edək ki, Cennifer Eniston iki dəfə evlənib. İlk əri 5 il evli olduğu və Ancelina Coliyə ayrılan Bred Pitt olub. Bu ayrılığı çox ağır qəbul edən aktrisa cəmi 10 il sonra yenidən evlənib: onun seçdiyi aktyor Castin Teru olub. 2018-ci ildə cütlük ayrıldıqlarını elan ediblər. Və bu yaxınlarda məlum olub ki, aktyor yenidən - özündən 23 yaş kiçik aktrisa ilə evlənib. Şayiələrə görə, bu, Eniston üçün sürpriz olub. Pedro Paskal heç vaxt evlənməyib və övladı yoxdur. O şəxsi həyatını gizli saxlayır.