Aktrisa Pərvin Abıyeva ötən gün yeni yaşını qarşılayıb.
OLAY yazır ki, Pərvin ad gününü Uşaqlar Evində qeyd edib:
“Keçən il ad günümdə bir arzu tutmuşdum ki, növbəti yaşımı uşaqlarla birlikdə qeyd edəcəm. Bu il o arzum gerçəkləşdi.
Mənim də qəlbimdə bir uşaq yaşayır. İstədim ki, onu uşaqlarla qovuşdurum. Çalışdım ki, kövrəlmədən onlarla bu anların dadını çıxarım. Onlardan elə saf sevgi, elə səmimi təbriklər aldım ki...
Ayrılarkən söz verdim ki, yenə gələcəyəm.
Bu görüşü təşkil edən, arzuma şərik olan bütün dostlarıma ürəkdən təşəkkür edirəm”.
Pərvinlə bərabər müğənni NURAN da ifaları ilə uşaqları əyləndirib.