WOW
WOW

“Mənə bu haqda danışmağa icazə verilmədi”

“Mənə bu haqda danışmağa icazə verilmədi”

Dünya pop səhnəsinin qalmaqallı ulduzu Castin Biber həyatı ilə bağlı müzakirələrə səbəb olan paylaşım edib.

OLAY yazır ki, bununla bağlı sənətçi instaqram səhifəsində post yayımlayıb.

Biber postda bunları yazıb:

“Uşaq olanda mənə deyirdilər ki, nifrət etmək düzgün deyil. Mənə bu barədə danışmağa icazə vermədilər və bu hissi yaşasam da, susdum. Özümü boğulduğumu hiss etdim. Düşünürəm ki, incitdiyimiz halda nifrət hissi keçirməyə kömək edə bilmərik, lakin onun varlığını etiraf etməklə onu buraxa bilərik”.

Fanatlar əmindirlər ki, bu cür ifşalar Castin Biberin keçmiş müəllimi olmuş hazırda həbsdə olan reper Pi Diddinin (əsl adı – Şon Kombs) həbsi ilə birbaşa bağlıdır. 

Qeyd edək ki, Castin Biber hələ ki, Diddi ilə münasibətini şərh etməyib, lakin mənbələr iddia edirlər ki, reperin həbsi Castinin psixi sağlamlığına böyük təsir edib. Diddi qalmaqalının qızğın vaxtlarında Biberin qəribə videoları ortaya çıxıb və müğənninin yeniyetməlik dövründə nələr keçirməsi ilə bağlı çoxlu söz-söhbətlər yayılıb. Bəzi pərəstişkarlar hətta baş verənləri nəzərə alaraq, “Baby” hitinin ifaçısının narkomaniyaya qayıtdığını düşünürlər, lakin onun yaxın çevrəsindən olan mənbələr bunun belə olmadığını təkid edirlər.