WOW
WOW

“Bunu hamımız bilirik, sadəcə qeyrətimiz yoxdur ki, açıb deyək”

“Bunu hamımız bilirik, sadəcə qeyrətimiz yoxdur ki, açıb deyək”

Xalq artisti Afaq Bəşirqızı açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, aktrisa qonaq olduğu “Qapqara” verilişində həmkarlarının son illərdə artan maaşlarından söz açıb.

“Bir kəlimə sözlə Cənab Prezident iki teatra “Akademik” adını verdi. İki teatrın maaşı 100 faiz artdı. Üstəgəl əlavə 50 faiz artdı. Bütün aktyorların maaşı 50 faiz artdı. Amma o dövrdə ümumi maaşlar 37 faiz artmışdı, o zaman Maliyyə Naziri icazə vermədi ki, o faiz aktyorların maaşlarının üstünə gəlsin. Cənab Prezidentin əmri çıxmışdı ki, aktyorların maaşı 37 faiz artsın. Sonra bizim görüşümüz oldu. Həmin o görüşdə Allah mənə güc verdi özbaşına mikrofonu götürüb çəkdim qabağıma. Cənab Prezidentdən indi də üzr istəyirəm ki, mən belə bir şey elədim. Mən bunu özüm üçün etmədim. Amma Cənab Prezident bunu etdi. Hamı dedi ki, var olsun, eşq olsun! Axı maaşın 100 faiz və ya 50 faiz artmağı... Söhbət hansı maaşdan gedir? 120, 150 manatdan... Cənab Prezidentə müraciət edəndə mənim teatrdakı maaşım 250 manat idi. Mən Prezident təqaüdü alıram. Alın tərimlə işləmişəm, üzüağ... Mədəniyyət sahəsində hansı qərarlar çıxıbsa orada Afaq Bəşirqızının adı olub. Niyə görə? Çünki mənim vicdanım təmizdir. Mən vicdanla işləmişəm. Amma adi bir aktyor üçün ağız açanda uzağı onun 150-170 manat maaşı var idi”- deyə, Bəşirqızı bildirib. 

Xalq artisti bildirib ki, Azərbaycan teatrının problemləri sayılmaz dərəcədə çoxdur:

“Azərbaycan teatrının problemləri sayılmazdır. Çünki teatrın yaşaması üçün yaradılan bütün təşkilatlar müflis oldu, yoxdur. Hanı Teatrlar İttifaqı? Onların dövründən qalan mal-dövlət, dəyirman, fabrik, sex, evlər? Hanı onlar ? Bu dövlət malıdır. Bu 1, 10, 1000, 1 milyon manat deyil ki, gizlədə biləsən. Bu milyarddır. Vəzifəyə əmi, dayı, cibindəki pul kriteriyası ilə gəlirlər. Bunu hamımız bilirik, sadəcə qeyrətimiz yoxdur ki, açıb deyək. Korrupsiyanın qarşısını almaq qeyri-mümkündür”.