Xalq artisti Röya Ayxan xərçəngdən əziyyət çəkən iştirakçısı Qəşəm Cəfərovla bağlı paylaşım edib.
OLAY yazır ki, estrada ulduzu bu barədə instaqramda video paylaşıb. Pop ulduz Qəşəmin xəstəliyindən yeni xəbər tutduğunu və ona lazımi dəstəyi göstərəcəyini deyib:
“Eşitdiyim xəbərdən sonra səhərdən heç kefim yaxşı deyil. Murad Arifin paylaşımından sonra dünən “Səs Azərbaycan”da məni seçən Qəşəmin xəstəliyini öyrənmişəm. Buna inanırsınınız, bilirsiniz ki, mən nə lazım olsa, nəyə gücüm çatırsa, bir qadın, ana, sənətçi kimi onun yanında olacağam. Deyirlər, tək əldən də səs çıxmaz. Biz birlik olanda bir-birimizə dəstək ola bilirik. Kimin gücü necə çatırsa, rica edirəm Qəşəmə dəstək olaq. Çox qəşəng səsi var”.