WOW
WOW

Xoşqədəm efirdən bədxahlarına səsləndi

Xoşqədəm efirdən bədxahlarına səsləndi

“Hər günümə şükür edən insanam. Yıxılanda da, vurulanda da... Bu günün özündə yolumu kəsib min bir şər, böhtanla, arxamda gizlənib, uğuruma kölgə salmaq istəyənlərə qarşı hər zaman möhkəm və güclü olmuşam. Çünki içimdə Allaha hədsiz inam var”.

OLAY yazır ki, bu sözləri Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib.

Xoşqədəm bildirib ki, güvəndiyi yalnız Uca Tanrıdır:

“Mən hər şeyi bilirəm. Yolumu kəsənləri də tanıyıram. Bu həyatda qalib hər zaman o insan olub ki, o Allahla olub. Mən Allahlayam. Mənim “kreslom” yoxdur. Kiməsə güvənib kiməsə pislik etmədim, kiminsə yolunu kəsmədim, kiminsə əməyini heç etməyə çalışmadım. Çünki mənim Allahdan başqa kimsəm olmadı. İndi də Allaha güvənərək deyirəm bir gün o güc gedəcək, əzdiyiniz qadınlar və kimsələrlə üz-üzə gələcəksiniz. Həmin günə salam olsun”.