Xalq artisti Aygün Kazımova duet ortağı meyxanaçı Namiq Qaraçuxurlu ilə münasibətlərindən söz açıb.
OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində danışıb.
Proqramın aparıcısı Tarix Əliyevin (Tolik) “Sizin Namiq ilə sevginiz hamıya bəlli oldu. Bu sevgi gizli olmadı. Sizin üçün bu sevgini əvəz edən oldu?” sözlərinə Kazımova belə cavab verib:
“Hər bir insanlar bir cür həyat yaşayırsan. Hər bir insanla yaşadıqların ona və sənə məxsus olur. Bu gün Namiqə mən əlbətdəki dost kimi yanaşıram. Mən Namiqlə yalnız səhnədə görüşürəm. Namiqlə mənim səhnədə, aramızda o baş verənlər, o siqnal, o enerji və o yaradıcı tandem heç bir duet ortağımla yaşanmır. Bunu da səmimi şəkildə etiraf edirəm. Həqiqətəndə bu qarşılıqlıdır. Qarşılıqlı olmasa bu cür nəticə və effekt verməz. Düşünürəm ki, Namiq mənim əsl duet ortağımdır”.
Aygün bildirib ki, Namiqlə zarafat etməyi çox sevir:
“Mən Namiqlə çoxlu zarafat etməyi xoşlayıram. Düzdür bu onun heç xoşuna gəlmir. Sonuncu dəfə onunla bir zarafat etmişdim bu isə Namiqin xoşuna gəlməmişdi. Neyləyim Namiq, mən beləyəm. İstəyirsən qəbul et, istəyirsən etmə (gülür)”.