Şairə və qiraətçi Nazilə Səfərli martın 1-dən sonunadək Ramazan ayı boyunca restoranlar üzrə iftar qiymətləri 24-90 manat arasında dəyişməsi xəbərinə reaksiya bildirib.
OLAY yazır ki, bununla bağlı sənətçi instaqram səhifəsində post paylaşıb.
Səfərli bildirib ki, iftar süfrəsinin qiyməti 20 manatdan yüksək olmamalıdır:
“İftar menyuların qiyməti 10-20 manatdan yuxarı olmamalıdır. Yığışdırın israfçılığı!”.
Qeyd edək ki, martın 1-dən Azərbaycanda Ramazan ayı başlayıb. Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.