Türkiyədə beynəlxalq və ölkə səviyyəsində axtarışda olan 63 nəfər xaricdə saxlanılaraq ölkəyə gətirilib.

OLAY yazır ki, Türkiyə Daxili İşlər Nazirliyinin açıqlamasına görə, onların 33-ü qırmızı bülletenlə, 30-u isə milli səviyyədə axtarışda olub.

Saxlanılanlar arasında Yakşilər cinayətkar qruplaşmasının üzvü Kerimcan Elalmış, “Survivor” yarışması ilə tanınan Hikmet Tuğsuz və “Sıfır Bir” serialında rol alan aktyor Cengizhan Yurdutek də var.

“Survivor”ın Hikmeti xaricdə tutulub Türkiyəyə gətirildi