Dünyaca məşhur model Bella Hadid Ramazan ayının gəlişi ilə bağlı paylaşım edib.
OLAY yazır ki, əslən fələstinli olan Bella Fələstin bayrağının da yer aldığı fotoları paylaşaraq bunları yazıb:
“Ramazan, mübarək! Bütün müsəlman dostlarıma, icmasına və sevdiklərimə bu müqəddəs ayda sağlamlıq, bolluq, xoşbəxtlik, güc və sevinc diləyirəm”.