Dilan Polat və Engin Polat cütlüyü boşanma qərarı alıb.
OLAY yazır ki, bu barədə Dilan məlumat yayıb.
“Biz bir arada ziyanıq. Deməli, alınmır. Mən bilmədən yaxşı niyyətimlə zərər verirəm, uzaqlaşmaq istəyirəm. Yaşamağa həvəsim qalmadı. Həyat yoldaşım Engin Polatla boşanma qərarı aldım. Heç kimə bilmədən zərər vermək istəmirəm. Sadəcə uzaqlaşmaq istəyirəm. Hər şey üçün təşəkkürlər. Buralardan da gedirəm, mütləq ki, sevənlərimlə yanaşı, sevməyənlərim də var. Hər şeyimi əlimdən aldınız, haqqımı halal etmirəm!”, - deyə, Dilan bildirib.
Qeyd edək ki, Dilanın paylaşdığı videoya görə Engin, qardaşı Kürşat Polat, nişanlısı Hazal Erdoğan və Dilan özü saxlanılıb.