“Bakıya gəlməyi uzun zamandı gözləyirdik Səhnə çox əcaib yerdi, 40 dərəcə hərarətlə səhnəyə çıxdığım günlər yadımdadır”.
OLAY yazır ki, müğənni Özcan Deniz bunu Eyyub Hüseynzadə və təsisçisi olduğu “Anadolu Events”in təşkilatçılığı ilə Bakıda təşkil olunan konsert proqramı zamanı deyib.
“Səhnə həkimlərin sağaltmadığını sağaldır. İnfarkt keçirməmişəm, ürək spazması var. Çox yaxşıyam. Bakıya gəlməyi uzun zamandı gözləyirdik. Ürəyim bir yana, böyrəyimi də istəsəydilər, verərdim, bura gələrdim, yenə bu mahnıları oxuyardım”, - tanınmış müğənni əlavə edib.
Xatırladaq ki, Özcan Dənizin Bakı Konqres Mərkəzində keçirilən konsertinə biletlər, cəmi, 15 gün ərzində bitib.
Tanınmış müğənni repertuarından seçmə mahnılar səsləndirib.