Aparıcı İlham Bədəlova çalışdığı “Space TV”dən ayrılıb.
OLAY yazır ki, bu haqda televiziya ulduzu özü məlumat yayıb.
Bədəlova bildirib ki, bundan sonra fəaliyyətini “Xəzər TV”də davam etdirəcək.
Belə ki, onun aparıcısı olduğu “Həkimsən” verilişi sözügedən kanalda həftədə bir dəfə efirdə yayımlanacaq.
Qeyd edək ki, İ.Bədəlova bundan əvvəl ATV kanalında çalışırdı.