WOW
WOW

“Bu xüsusiyyət onlara analarından keçib”

“Bu xüsusiyyət onlara analarından keçib”

Xalq artisti Emin Ağalarov övladları ilə bağlı maraqlı açıqlamalar verib.

OLAY yazır ki, bu barədə o,  “OK!” jurnalına müsahibəsi zamanı danışın.

Dərginin üz qabığında yer alan sənətçi əkiz oğulları Mikayılla Əlidən söz açıb:

“İlk baxışdan Əli daha yaradıcı görünür, Mikayıl isə işgüzardır. Hərdən baxıram və fərqinə varıram ki, Mikayıl birdən özünü mənim kimi aparır: həm intonasiyasında, həm sözlərində, həm də hərəkətlərində. Sonra baxıram, yox, belə deyil, Əli mənə daha çox oxşayır. Onlar xaraktercə tamamilə fərqlidirlər. Onlar məndən və anaları Leyladan (red. - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva) da nəsə götürüblər. Oğullarımda mənim o yaşlarda olmayan keyfiyyətlərim var: ailəyə, qohumlara bir növ əlavə diqqət. Nənələrinə, bacılarına zəng vurur, onları bütün bayramlarda təbrik edirlər. Bunu mənə öyrətməyiblər. Bu, məndə çatışmayan özəllikdir. Hisslərimi açıq şəkildə ifadə etmək bacarığı məndə yoxdur. Bu özəllik onlara analarından keçib. Onlar məndən bir növ özək və praqmatizm alıblar. Mən həmişə onlara izah edirəm ki, siz özünüzü layiqli aparmalısınız. Onlar həmişə gəlib hamının əlini sıxacaqlar. Və onların rolları dəyişir: bir anda Mikayıl başa keçir, sonra Əli. Buna görə də onlar bir-birini əvəz edirlər, çünki onlar fərqli şəkildə inkişaf edirlər. Buna bir çox amillər təsir göstərir. Ancaq bir-birinə yaxındırlar. Bir-biri ilə mübahisə edə bilərlər. Onları oxumağa göndərdim, bir otaqda yaşamağa başladılar və mübahisə etdilər. Sonra onları müxtəlif otaqlara yerləşdirməyi təklif etdim, lakin onlar qəti şəkildə imtina etdilər”.

Emin həmçinin qızları Əminə ilə Afinadan da bəhs edib:

“Qızlar demək olar ki, hər şeyi edə bilər. Mən onlardan heç nə əsirgəmirəm. Afina ümumiyyətlə bacarıqlı manipulyatordur. Əgər bir şey onun xoşuna gəlmirsə, o, dərhal əsəbiləşir və ağlamağa başlayır. Mən ağlayan uşaq görməmək üçün əlimdən gələni edirəm. O, “yox” sözünü qəbul etməkdə çətinlik çəkir. Afinanın 6 yaşı var”.