WOW
WOW

“Kimin qəlbi musiqi ilə döyünürsə, gözləyirəm”

“Kimin qəlbi musiqi ilə döyünürsə, gözləyirəm”

“Bizim bütün klassik musiqilərimizi konsertimdə ifa edəcəyəm. Orada məşhur bəstəkarlarımız Fərhad Bədəlbəyli, Faiq Sücəddinov, Cavanşir Quliyev, Eldar Mansurov, Nailə Mirməmmədlinin mahnılarını səsələndirəcəyəm. Çalışacağam ki, musiqilərimizi yenidən yaşada bilim”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Sabahın xeyir Azərbaycan!” verilişinə müsahibəsində deyib.

“Best of Brilliant” adlı konsert proqramına hazırlaşan sənətçi musiqili gecədə tamaşaçılara unudulmaz anlar bəxş edəcəyini söyləyib:

“Tamaşaçılarla birlikdə oxuyacağam, rəqs edəcəyəm, şəkil çəkdirəcəyəm. Bu konsert mənimlə bir görüşdür. Kimin qəlbi musiqi ilə döyünürsə, kimin qəlbində sevgi atəşi varsa onları da konsertimdə gözləyirəm. Konsertimdə “mən və siz” olacaqsınız”.

Ruhu və qəlbi musiqi ilə döyünən Dadaşova “İnsanın bu həyatda ehtiyacı olan tək bir şey varsa o da musiqi olmalıdır. Başqa Allah bizi heç nəyə möhtac etməsin” sözləri ilə müsahibəsini yekunlaşdırıb.

Qeyd edək ki, Brilliant Dadaşovanın “Best of Brilliant” adlı konserti Bakı Konqres Mərkəzində 8 mart - “Beynəlxalq Qadınlar Günü”ndə keçiriləcək.