Müğənni Gülşenin sosial mediada yayılmış fotosu gündəm olub.
OLAY yazır ki, 48 yaşlı sənətçi makiyajsız və idman geyimində marketdə alış-veriş edərkən gizlincə görüntülənib.
Gülşen ətrafdakıların diqqətini üzərinə cəlb etməmək və tanınmamaq üçün böyük qara eynək taxıb.
Sosial şəbəkə əhli müğənnin bu halını birmənalı qarşılamayıb. İzləyicilər ifaçının həddən artıq arıqlığını müzakirə edib hətta ağır xəstəlikdən əziyyət çəkdiyini yazıblar.