“Nənəmi təzyiqi oynayırdı tez-tez. Onun yüksək təzyiqi vardı. Anam gedib nənəmə baş çəkməyə görüb ki, o evdə yoxdur. Baxıb görüb ki, hamamın qapısı açıqdır. Ora daxil olanda görüb ki, nənəm huşunu itirmiş vəziyyətdə yerdədir və keçinib. Özümü çatdıran da gördüm ki, anam halbahal olub. Dörd-beş dəqiqə içində anam da canını tapşırdı”.
OLAY yazır ki, bu sözləri ötən gün dəm qazından anası və nənəsini itirən müğənni İlkin Fuad “Xəzər xəbər”ə müsahibəsində deyib.
İfaçı bildirib ki, valideyni 2 ay əvvəl ödündən əməlliyyat olunmuşdu:
“Anam 2 ay əvvəl ödündən əməliyyat olunub. Nəvələri ilə oynayırdı, hər şey yaxşı idi. Sevinirdi... 2004-cü ildə atamı itirəndə anam bizi böyütdü. Ana itkisi çox pisdir”.