Video
Video

Əli Nur teatrdan qovduracağını deyən Cavidanla barışdı

Əli Nur teatrdan qovduracağını deyən Cavidanla barışdı

Ötən həftələrdə Xalq artisti Əli Nur mərhum həmkarı Xalq artisti Ramiz Novruz və onun aktyor oğlu Cavidan Novruzla bağlı qalmaqallı fikirlər səsləndirib.

Belə ki, Ə.Nur C.Novruzu Akademik Milli Dram Teatrından qovduracağını açıqlayıb.

OLAY yazır ki, Cavidan Əli Nurla birlikdə video yayımlayaraq barışdığını bildirib.

Aktyor vurğulayıb ki, Xalq artisti ilə teatra gedərkən təsadüfən görüşüblər. 

Sözügedən görüntülərdə Ə.Nur “Dəfndə Ramiz Novruzun ruhuna, böyük sənətinə görə çıxış etmişəm” ifadələrini dilə gətirib və Cavidanı qucaqlayaraq öpüb

Aktyorların barışıq videosu isə YouTube” da yayımlanan Künc-bucaq kanalında yer alıb.