Dünya şöhrətli milyarder iş adamı İlon Maskın başı dərddədir.
OLAY “People” nəşrinə istinadən yazır ki, Maskı 13-cü övladının anası Eşli Sent Kler məhkəməyə verib.
Eşlinin planlarına atalığın müəyyən edilməsi, sonra isə İlonun valideynlik hüquqlarından məhrum edilməsi daxildir.
Klerin sözlərinə görə, Mask uşağı bir-iki dəfə görüb və onun tərbiyəsində iştirak etmir.
Məhkəməyə daxil olan materiallardan məlum olur ki, Eşli İlon üçün oğlan uşağı dünyaya gətirib, lakin oğluna atasının deyil özünün soyadını verib.