Müğənni İlqar Xəyalı başına iş gəlib.
OLAY yazır ki, sənətçi “Qonaqcanlı” verilişində qonaq olarkən bildirib ki, onu ilan sancıb.
İlqar hadisənin evinin həyətində baş verdiyini deyib:
“Sübh namazına oyandım, sonra ağacları suladım. Baxdım ki, ayağımdan qan axır, iki diş yeri var. Apardılar həkimə, müayinə etdilər. Növbəti gün səhər durub getdim həmin yerə. Gördüm orada bir ilan ölüb. Dedilər ilanı zəhərləyib öldürmüsən (gülür)”.