Dünyaca məşhur cütlük Rihanna və Eysap Rokki üçüncü övladına reperin vəkilinin adını verəcəklər.
OLAY yazır ki, düzgür hələ ki, pop ulduz hamilə olmasa da cütlük bu addımı mütləq şəkildə atacaqlarını açıqlayıb.
Dörd həftəlik məhkəmə prosesində Eysapa təqsirsizliyini müdafiə etməyə kömək edən məhz vəkili Co Takopin olub.
“Onlar sevinclərindən yaxınlaşıb mənə dedilər: Qulaq as, bizim növbəti körpəmizin adı Eysap Co olacaq”, - deyə Takopina “Extra” nəşrinə açıqlamasında bildirib.
Qeyd edək ki, reper 2021-ci ildə həbs edilib və girov müqabilində azadlığa buraxılıb, lakin iş həllini tapmayıb. Zərərçəkmiş Terrell Efron iddia edir ki, o, (Eysapın əsl adı - Rakim Myers) ilə mübahisə edib, o, daha sonra görüşə silahla gəlib, onu Terrellə tuşlayıb və guya ona iki dəfə atəş açıb. Myersin vəkilləri isə bu ittihamları inkar edir.
Xatırladaq ki, Rihanna və Eysap Rokkinin iki yaşlı RZA və bir yaşlı Riot adı oğlan övladı var.