“Azad Azərbaycan” (ATV) telekanalı yayımı dayandırır.
OLAY yazır ki, bu haqda telekanalın rəsmi instaqram səhifəsində məlumat verilib.
Məlumatda bildirilib ki, MTRK-nın serverlərində planlaşdırılmış profilaktik işlərlə bağlı rəqəmsal platformalardan yayım (“stream”) və bu yayımı istifadə edən digər platformalarda canlı yayım (“stream”) 20.02.2025 tarixdə günün ikinci yarısında müvəqqəti dayandırılacaq.