Türkiyənin məşhur müğənni Petek Dinçözə ağır itki ilə üzləşib.
OLAY yazır ki, 44 yaşlı sənətçinin babası Ayhan Toğuş vəfat edib. Bununla bağlı Dinçöz instaqramda video yayımlayıb.
Görüntülərdə ötən gün babasını itirdiyini söyləyən Petek İzmirə uçarkən təyyarədə göz yaşı axıdıb.
“Ayhan, babam, sənsiz çox çətindir, “Zəng edim” demək üçün daim telefon nömrəsinə baxıram. Ürəyimi yandırdın. Nəvən həmişə güclü olacaq. Sənə söz verirəm. Körpəlikdən mənə qayğı göstərdiyiniz üçün təşəkkür edirəm. Məni bağışla. Bilirəm ki, biz hamımız bir yerdə görüşəcəyik”, - deyə, Petek vurğulayıb.