“Sənətdə olmağı, müğənniliyi çox sevirdim. İndi yadıma düşəndə deyirəm, elə bil başqa adam imişəm. Düşüncəm, arzularım necə dəyişdi? Anam gördü ki, oxumağı çox istəyirəm, dedi, yaxşı”.
OLAY yazır ki, bu sözləri influenser Aynişan Quliyeva ARB TV-də yayımlanan “Pərvizə görə” proqramında söyləyib.
O, Avroviziyaya gedə bilmədiyi üçün təəssüflənmədiyini açıqlayıb:
“Onda Avroviziyanın milli seçimlərinə qatıldım. Fikirləşəndə deyirəm ki, yaxşı ki, seçilməmişəm. Deyim ki, seçilmədiyim üçün oturub ağladım. Yox, belə şey olmadı. Onda bizim final AzDrama-da baş tutmuşdu. Maşında 5 dəqiqə çölə baxdım, məyusluğum o qədər çəkdi. Səhəri gündən normal həyatıma davam etdim. Hazırlıq dövründə stress, rəqabət məni o qədər yordu ki. Başa düşdüm ki, mənim enerjim bura qədər imiş. 2010-cu ildə baş tutmuşdu, onda 2011-in namizədləri seçilirdi. Eldarla Nigar seçildi. Elə bilirdim ki, xoşuma gələn mahnıların hamısını oxuya biləcəyəm, hamısı mənim üçün yazılıb. Rəqs etməyi sevdiyim mahnını oxuya biləcəyimi düşünürdüm. Uşaq olursan, anlamırsan. Anam da mülayim şəkildə izah etməyə çalışırdı ki, ay bala, bu mahnı sənlik deyil. Deyirdi ki, ana qurban səsinin rəngi, çaları o biri mahnıda daha yaxşı üzə çıxır, qəşəng səslənir. Yönəltməyə çalışırdı, görürdü gedib Rihannanın, Beyonsun mahnısını oxuyuram. Nəticədə də deyirdilər, Aynişanın səsi yoxdur. Çünki o mahnılarda səsim üzə çıxmırdı. Təbii ki, bir Beyons deyiləm, elə güclü səsim yoxdur. Normal melodik səsim var, ona uyğun mahnı ifa etməliyəm. Hər kəs özünə uyğun mahnı seçsə, karyerasında daha uğurlu ola bilər”.