“20 il əvvəlki insanlar daha az aqressiv idilər. Baxmayaraq ki, çətin şəraitdə yaşayırdılar, hamımızda maddi problemlər var idi. Amma insanlar bir-birini daha çox dəstəkləyən, sevən idi, indi bir-birilərinin həyatını görürlər, insanlaırn içində paxıllıq, aqressiya artır. Paxıllıq çox pis duyğudur, o insana hər şeyi etməyə vadar edir”.
OLAY yazır ki, bu sözləri influenser Aynişan Quliyeva ARB TV-də yayımlanan “Pərvizə görə” verilişində deyib.
O, blogerlərin həyatının başqalarına qıcıq verməsi barədə danışıb:
“Təəssüf hissi ilə deyirəm ki, kişilərə də, qadınlara da çox pis təsir edir. Pis tərəfi odur ki, insanlar öz həyatlarını digərləri ilə müqayisə edir, aqressivləşir, həyat yoldaşı varsa, bütün əsəbini ondan çıxır. Halbuki çox ailə tanıyıram, bütün günü dalaşırlar, lakin instaqramda bunu göstərmirlər. İnstaqram sadəcə sürprizlərdən ibarətdir. Demək istəyirəm ki, onlara baxıb, məyus olmayın. Hər kəsin həyatında sizin yaşadıqlaırnız baş verir. Kimdəsə daha az, kimdəsə daha çox. İnsan hər şeyi paylaşmamalıdır. Özümdən götürüm bunu paylaşmıram. Paylaşmayanda deyirlər, bu insanın vecinə deyil. Lakin necə vecinə olmaya bilər? Seçimim budur ki, paylaşmırsan. Xoşbəxt dönəmimi də, pis hiss etdiyim dönəmi də paylaşmıram. Sadəcə pis bir dövr bitirsə, deyirəm, mən də özümü yaxşı hiss etmirdim. Yenə də səbəbini açıqlamıram. Hər çətinliyimizi bölüşməmələyik. İnsanlar onsuz da çətinlik yaşayır, pozitivlik görmək istəyir. Süni şəkildə, qıcıq yaradan pozitivlik yox. Normal, sakit, sıradan həyatını niyə də paylaşmayasan? Daimi problem yükləyən, drama sevən insanlar məni yorur. Hamımızda çətin dövr olub, istər maddi, istər sağlamlıqla bağlı... Bəzən, baxıb deyirlər ki, bəxtəvər nə vecinədir7 Elə deyil axı, çox ağır günlər yaşamışam. Gözümü açmışdım, anam tək, mən tək. Anam xəstə yatırdı, 7 il yataq xəstəsi olub. Onların hamısından keçmişik. Balaca uşaq idim, xatırlayıram ki, dərd çəkirdim. Məhəlləyə düşürdüm, bütün uşaqlar əylənirdi, yarpaqların, küləyin əsməsinə baxıb fikirləşirdim ki, anam sağalacaq? Halbuki, dəcəllik edəcəyim yaş idi, lakin onu düşünəcək insan da yox idi. İstər maddi sıxıntılar, istər anamın sağlamlığı, istərsə də, mənim şəxsi həyatım. Fərqli-fərqli sıxıntılar yaşamışıq. Bunu hər dəfə insanlara deməklə heç nə dəyişməyəcək. Kim nəyə inanmaq istəyirsə, inanır, inanmaq istəmirsə, inanmır. Açığı mənə varlığından xəbərdar olmadığım insanın haqqımdakı pis düşüncəsi mənə maraqlı deyil. Bizi yaradan Allah belə misiyamız bitəndən sonra sorğu-sual edir, sən kimsən ki, yaşayaraq edirsən? Bir etapdan keçdim və anladım ki, hər kəsin sevimlisi ola bilmərəm. Mən onlara nə qədər tanımağa icazə verirəmsə, o qədər tanıyacaq, görəcək. Məni izləməyən insanlara mənə qarşı çox önyarğılıdır, tanıyanlar artıq bilirlər”.