Aktrisa Zümrüd Qasımova modelyer Elnarə Bəkirovanın atasının qatillərinə hökm oxunduğu məhkəmə günündən paylaşım edib.
OLAY yazır ki, kadrlarda Elnarənin və ailəsinin görüntüləri yer alıb.
Modelyerin göz yaşı tökdüyü videolara Zümrüd “Mənim ürəyim, dostum haqq-ədalət yerini tutdu… Kamran müəllimin yeri cənnət olsun… Qatillər isə hər gün öləcəklər. 19 il… Sən atanın qızı yox oğlusan. Elişim, canım dostum səninlə qürur duyuram” sözlərini yazıb.
Qeyd edək ki, E. Bəkirovanın atası, 69 yaşlı Kamran Bəkirov iki il öncə pula görə öldürülüb. Araşdırma nəticəsində təqsirləndirilən şəxslərin hadisəni törətdikdən sonra külli miqdarda pul ələ keçirdikləri müəyyən edilib. Mustafa Zeynalov və Namiq Əliyev adlı şəxslər K. Bəkirovu öldürərək quyuya atmaqda ittiham olunub.
Bu gün baş tutan məhkəmədə onların hər ikisi də 19 illik azadlıqdan məhrum edilib.