Türk musiqisinin əfsanəvi sənətçisi, “Diva” ləqəbli Bülent Ersoyun həyat hekayəsi kinoya köçürülür.
OLAY yazır ki, “Orchestra Content Yapım” şirkətinin istehsalı olacaq filmin ssenarisini Mine Şengöz yazır. Şengöz daha əvvəl böyük uğur qazanan “Bergen” filminin də ssenarisini yazıb.
Bülent Ersoy filmlə bağlı razılaşmanı təsdiqləyib. Bu günlərdə meneceri Haluk Şentürk və ssenari müəllifi Mine Şengöz ilə bir araya gələrək rəsmi müqaviləyə imza atıb. Sənətçi bu anları “Həyatımın imzası” qeydi ilə sosial media hesabında izləyiciləri ilə paylaşıb.
Ssenari işlərinin 2025-ci ilin may ayında tamamlanması planlaşdırılır. Bundan sonra filmin aktyor heyətinin formalaşdırılmasına başlanacaq. Bülent Ersoyu kimin canlandıracağı isə böyük maraq doğurur.