“Müsəlman ölkəsi olan Azərbaycan “Avroviziya - 2025” beynəlxalq mahnı müsabiqəsində iştirak etmək üçün yəhudiəsilli müğənni Asəf Mişayevi seçib. Bu addım ölkənin unikal tolerantlığını vurğulayır”.
OLAY İsrail mətbuatına istinadən yazır ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
C.Dik fikirlərini belə davam edib:
“Azərbaycanın dağlıq bölgəsindən olan yəhudi Mişayev 2013-cü ildə ilk “Astarai Juuro” adlı dağ-yəhudi mahnı müsabiqəsində qalib gəlməklə yanaşı, həm də Bakının Yəhudi İcmasının nəzdindəki klubda uşaq və yeniyetmələr üçün vokal dərsləri keçir. Biz azərbaycanlı yəhudi Asəf Mişayevin öz istedadlı “Mamagama” qrupu ilə “Avroviziya” səhnəsində ölkəsini təmsil edəcəyini eşidəndə çox həyəcanlandıq. Azərbaycan bizim yaxın dostumuzdur, həmçinin müsəlmanların, xristianların və yəhudilərin bir yerdə yaşadığı ölkədir”.