WOW
WOW

Cinay*t və z*rlamada ittiham olunun aktyordan açıqlama!

Cinay*t və z*rlamada ittiham olunun aktyordan açıqlama!

Dörd il əvvəl Armi Hammer böyük bir seks qalmaqalına qarışmışdı: bir neçə qadın onu zorlamada ittiham etmişdi, eyni zamanda, aktyorun fantaziyalarını təsvir etdiyi mesajlarının ekran görüntüləri internetə sızmışdı. O, bu yazışmalardan birində özünü “100% kannibal” adlandırmışdı. 

OLAY yazır ki, sənətçi “The Louis Theroux” podkastında “The Man from U.N.C.L.E.” filminin ulduzu bu hadisələrə ətraflı şərh verib.  

Hammer bildirib ki, onun hərəkətlərində  qanunsuz heç nə olmayıb , mesajlarını isə  zarafat xarakterli flört  kimi dəyərləndirib. Onun sözlərinə görə, yayılan ekran görüntülərində qarşı tərəfin cavabları silinib, əslində isə bu, insanların bir-birini qızışdırdığı əyləncəli bir söhbət olub. 

Buna baxmayaraq, həddini aşdığını etiraf edib. O dövrdə ehtiraslı münasibətlərdən həzz aldığını, qadınları isə “narkotiklərlə dolu dəri qabıqlarına” bənzətdiyini deyib. Lakin   insan əti yemək arzusu olmadığını xüsusilə vurğulayıb.

“Bəzən kiminləsə görüşəndə və onunla sekslə məşğul olanda sən provokatora çevrilirsən. Səni alkoqol, narkotiklər və ya buna bənzər bir şey həyəcanlandırır və sən sərhədləri aşmağa hazırsan. Mən heç vaxt kimisə kəsmək və ya kiminsə bir hissəsini yemək niyyətim olubmu? Xeyr. Mən arxamda çoxlu qəzəbli insanlar buraxdım. Bu, məni axmaq edir? Şübhəsiz”, - deyə, Armi bildirib.

Ancaq bir etirafın həqiqət olduğu ortaya çıxdı. Yazışmalarında Hammer canlı bir heyvanın ürəyini çıxarıb onu hələ isti ikən yediyini etiraf etmişdi. Aktyor ilk dəfə dostları ilə ova çıxdığını və onların onu təşəbbüs ayini keçirməyə məcbur etdiyini iddia edir.   

Xatırladaq ki, aktyor Effi adlı bir qadın tərəfindən amansız zorlamada ittiham olunmuşdu. Hadisə baş verən zaman qızın cəmi 20 yaşı var idi. Onun sözlərinə görə, 2017-ci ildə Hammer onu dörd saat əsir saxlayaraq ağır xəsarətlər yetirib və işgəncə verib. Bu açıqlama məhkəmə işinə səbəb olmuşdu.

Lakin iki il sonra məhkəmə Hammeri cinsi zorakılıq ittihamından bəraət etdirdi, çünki Effinin dediklərini sübut etmək mümkün olmadı.