İnfluenser Aysel Şükürova səhhətindən şikayətlənib.
OLAY yazır ki, bloger bu haqda sosial şəbəkə hesabında məlumat verib.
Qaraciyərindı ikincidərəcəli piylənmə olduğunu açıqlayan Aysel buna qəbul etdiyi arıqlama dərmanları, çayları və qəhvələrinin səbəb olduğunu bildirib:
“Həkimə müraciət etdim və o mənə dərmanlar yazdı. Hamısının səbəbi mənim içdiyim arıqlama dərman, çaylar və kofelərdir. Onlar qaraciyərimi fəaliyyətinə mənfi təsir göstərib. Bu səbəbdən qaraciyərim indi pis vəziyyətdədir. Siz də mənim günümə düşmək istəmirsinizsə, özünüzü qoruyun. Arıqlama dərmanları, çayları və qəhvələri insanın bütün orqanlarını pis hala salır”.