“Köməyimə ehtiyacı olan tək bir insan var. O da övladım, canımın parçası Selenadır. O, 18 yaşına kimi nə etsə, onu bağışlayacağam”.
OLAY yazır ki, bu sözləri müğənni Ayan Babakişiyeva qonaq olduğu “Rəngarəng” verilişində deyib.
Qızı Selanadan söz açan sənətçi bildirib ki, ona görə özünü qurban verməz:
“Yalan danışmaq istəmirəm. Qızım üçün hər şeyimi qurban etməzdim, çünki bu gün onun mənə ehtiyacı var. Onun üçün sadəcə tam gücümlə addımlayaram. Xeyr, qızım üçün ölmərəm. Onun üçün özümü qurban vermərəm. Özümü qurban versəm, ona heç kim mənim kimi dayaq dura bilməz. Onun üçün nə ölərəm, nə öldürərəm. Sadəcə susaram (ağlayır). Düşünürəm ki, mənim kimi bütün valideynlər öz övladları üçün bu addımı atar, çünki el arasında bir deyim var, valideyn övladı üçün düşmən qapısına da gedər. Allah mənə onu yaşatmasın. Mənim düşmənim yoxdur. Çalışıram ki, bu həyatda düzgün addımlar atım. İlk gündən çalışıram ki, onun üçün yaşayım. O da bunu çox gözəl bilir. Selena ağıllı bir övladdır. Bu dediklərimi valideynlər daha yaxşı anlayar. Ona görə də Allah nə məni, nə də ki onu mənim yanımda utandırsın”.