WOW
WOW

“Xanımıma hakim oluram” - Kanyedən qalmaqallı açıqlama!

“Xanımıma hakim oluram” - Kanyedən qalmaqallı açıqlama!

47 yaşlı dünya şöhrətli repçi və iş adamı Kanye Uest (“Ye” – yeni adı) qalmaqallı açıqlamaları ilə növbəti dəfə gündəmə səs salıb.

OLAY yazır ki, Kanye “X” hesabında həyat yoldaşı Bianka Sensori barəsində statuslar yazıb.

“Mən həyat yoldaşıma hakim oluram, bu, feminist bir şey deyil. O, milyarderlədir. Niyə o, sizlərdən hər hansı birinizi dinləsin. İnsanlar qırmızı xalçadakı görünüşünün onun (özünü nəzərdə tutur – red.) qərarı olduğunu deyirlər. Bəli, mən onu istəmədiyi bir şeyi etməyə məcbur etmirəm. Amma o, əlbəttə ki, mənim icazəm olmadan bunu etməzdi”.

Uest, əlavə edib ki, ona görə Sensori çılpaq gəzmir:

“Artıq iki ildir çılpaq gəzir. Planetdəki hər bir qız bu cür cəsarətli bədən platformasına, pula və şəxsi ifadəsini dəstəkləyən ərinə sahib olmaq istərdi”.

Repçi, həmçinin cinsi istək və əlaqə ilə bağlı fikirlərini də bölüşüb.

“Pul üçün cinsi əlaqəyə girməkdən daha pis olan yeganə şey? Pulsuz cinsi əlaqədə olmaqdır”, - deyə Kanye vurğulayıb.  

Xatırladaq ki, Kanye Uest mübahisəli açıqlamalarına və hərəkətlərinə görə daim internetdə müzakirə olunur. O, daha əvvəl hazırda həbsxanada olan həmkarı Pi Diddini (Şon Kombs - əsl adı) azadlığa buraxmağa çağıran yazı dərc edib, bundan əvvəl isə həyat yoldaşı, yarıçılpaq Bianka Sensorinin fotosunu yayıb.