WOW
WOW

Melaniya Tramp “Hello”nun siması oldu!

Melaniya Tramp “Hello”nun siması oldu!

ABŞ-ın birinci xanımı Melaniya Tramp “Hello” dərgisinin yeni buraxılışının siması olub.

OLAY yazır ki,  54 yaşlı Melaniyanın rəsmi fotoqrafı Regin Mao çəkib, nəşrə təqdim etdiyi şəkillərlə yanaşı onun xüsusiyyətləri ilə bağlı müsahibə verib.

Mao nəşrə açıqlamasında “O (Melaniya Tramp – red.) güclü qadındır. Amma eyni zamanda, yumşaq gücə malikdir. O, ərini tarazlaşdırmaqda həqiqətən də mahirdir. Onlar çox şey yaşadılar. Melaniya, sadiqdir. Onu (Donald Tramp – red.) sevir, o da onu sevir” sözlərini dilə gətirib.

Qeyd edək ki, Sloveniyalı model Melaniya Knavs Trampın üçüncü həyat yoldaşı olub. Cütlük 2005-ci ildə evlənib və 18 yaşlı Barron adlı oğlu var. Trampın əvvəlki evliliklərindən daha dörd övladı da var.