WOW
WOW

“Teymur Əmrah, ayıbdır”

“Teymur Əmrah, ayıbdır”

Əməkdar artist Teymur Əmrahın Damla, Şəbnəm Tovuzlu, Manaf Ağayev və Zeynəb Həsəni haqqında müsbət fikirlər səsləndirməsi müzakirə yaradıb.

OLAY yazır ki, Nadir Qafarzadə ilə Xatirə İslamdan sonra müğənni Elvin Abdullayev də sənətçiyə irad bildirib:

“Dünya tərsinə dönür, yoxsa mənə elə gəlir? Teymur Əmrah, ayıbdır. Pedaqoqun bu cür çıxışından sonra hansı keyfiyyətdən, uğurdan və savadlı musiqidən söhbət gedə bilər. Heç olmasa siz yox. Bilmirəm nəyin müqabilində bu cür şeylər baş verir, amma lazım deyil. İnsanları çaş-baş salmayın”.