WOW
WOW

"Atamın vəziyyəti pisdir” - Xalq artistinin qızı

"Atamın vəziyyəti pisdir” - Xalq artistinin qızı

Xalq artisti Ənvər Həsənovun səhhəti kəskin ağırlaşıb.

OLAY qaynarinfo-ya istinadən yazır ki, bunu açıqlamasında aktyorun qızı Aytən Həsənova deyib. 

Onun sözlərinə görə, aktyor danışıq qabiliyyətini tam itirib:

"Yazırlar ki, Ənvər Həsənovun səhhəti qaydasına düşüb və xətəxanadan evə buraxılıb. Məlumat düz deyil. Sağalan adam belə olmur - danışır, yeriyir, yaddaşı üstündə olur, özünü idarə edir. Atamı evə müvəqqəti gətirmişəm. Həkimlər onun insult keçirməsinin bir ayının tamam olmasını gözləyirlər. Beyni bir az ayılsın ki, ona ikinci müalicə kursu təyin edilsin. Fevralın 17-də yenidən reabilitasiya mərkəzinə üz tutacağıq”. 

Aytən Həsənova atasının səhhətinin yaxşı olmadığı əlavə edib:

"Atamın vəziyyəti yaxşı deyil. Boşluğa baxır, heç nə başa düşmür, danışmır, bir əli, ayağı işləmir, özünü idarə edə bilmir, uşaq kimidir. Bütün günü onun başının üstündəyəm, bir an onu tək buraxmıram. İnanın ki, evini də tanımır. Belə bir insan necə yaxşı ola bilər?"

Qeyd edək ki, bir müddət öncə  Xalq artisti Ənvər Həsənovun səhhəti ağırlaşıb və Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə yerləşdirilib. Həkimlər ona insult diaqnozu  qoyub.