Dünya pop səhnəsinin əfsanəvi ulduzu Cennifer Lopez ətrafdakıların nə deməsindən asılı olmayaraq, inadla sübut edir ki, dünya onun keçmiş həyat yoldaşı, Hollivud aktyoru Ben Afflekin ətrafında fırlanmır. Və o, digər keçmiş həyat yoldaşı Cennifer Qarnerlə getdikcə yaxınlaşarkən, Lopez vaxt itirmir və həm də kiminləsə vaxt keçirir.
OLAY yazır ki, söhbət ötən il də 18 illik evlilikdən sonra boşanan aktyor Kevin Kostnerdən gedir.
“In Touch Weekly” nəşrinin yaydığı məlumata əsasən məşhurlar hazırda olduqca yaxşı yola gedirlər.
Kevin əbədi gənc Cenniferin və onun ideal bədən quruluşuna baxaraq, müntəzəm olaraq idman zalında məşq etməyə başlayıb və ciddi pəhriz saxlayır. Bu yolla aktyor romantik cazibəsini artırmağa ümid edir.
Xatırladaq ki, Cennifer Lopez avqustun sonunda Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edib. 20 il əvvəl nişanlarını kəsən məşhurlar 2021-ci ildə münasibətlərini bərpa edib və 2022-ci ildə evləniblər.