“İndi bütün televiziyalarda arvad boğuşmasında, şou proqramında həkimlərin, dərmanların reklamı gedir. Buna əncam çəkmək lazımdır”.
OLAY qafqazinfoya istinadən yazır ki, bu sözləri deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Deputat televiziyalarda həkimlərin reklamının düzgün istiqamətdə getmədiyini vurğulayaraq bu haqda qanuna yenidən baxılmasını tövsiyyə edib:
“Heç görmüsünüz ki, Rəşad Mahmudovu tərifləyələr? Həkim reklamı düz deyil. İstərdim ki, yaz sessiyasının işlər planında reklam haqqında qanuna yenidən baxış keçirilsin. Düzdür, bu, televiziyalara, yəni özəl kanallara böyük ziyan vuracaq. Çünki onlar arvad davasından və reklamdan qazanır”.