Əməkdar artist Qorxmaz Əlicanzadə müğənni Ayan Babakişiyevanı tənqid edib.
OLAY yazır ki, hadisə sənətçinin ekspert qismində iştirak etdiyi “Elgizlə izlə” verilişində yaşanıb.
Q. Əlicanzadə A. Babakişiyevanın son fotosessiyasında geyindiyi açıq-saçıq geyimləri ona yaraşdırmayıb və fikirlərini bu sözlərlə nəql edib:
“Hər qadının həm də kişinin eyib bilinən yerləri var. Onlar açıqlıqda olmamalıdır. 20-ci əsrin əvvəllərində bütün insanlar topuğa qədər uzanan geyimlər geyiniblər. Qadınlar da elə geyiniblər. Amma o səviyyədə və şəkildə geyinmək olmaz. Bu qəbul olunan hal deyil. Demirəm ki, yekə balaqlı paltarlar geyinsinlər. Ayan gözəl xanımdır. İndi deyəcəyim sözlər tək Ayan xanıma aid deyil. Mən onların şəxsi işlərinə qarışmaq və xətirlərinə dəyəcək söz deməyə ixtiyarımız yoxdur. Sözümün canı ondadır ki, əgər populyar müğənniləri tamaşaçılar sevirlərsə, onlar soyunmasaydılar tamaşaçı onları sevməyəcəkdir? Yenə onların ifaçılara məhəbbəti qalacaqdır. Soyunmaq yəni çılpaq geyinmək. Müğənnilər geyimlərində səliqə - səhmana diqqət etməlidirlər. Hər şeyi açıq-aşkar ortalığa qoymaq və efirə çıxmaq düzgün deyil. Bizim bir Xalq artistimiz efirə elə bir geyimdə çıxmışdır ki, Allaha amd olsun ki, ona baxıb, xəcalət çəkdim. Adını deməyəcəyəm, çünki kim olduğunu özünüz bilirsiniz. Ayan xanım əgər siz camaatı qıcıq gətirən geyim geyinməsəydiniz daha yaxşı olardı”.
Bundan sonra Ayan proqramın canlı efirinə qoşulub və qarşı tərəfin tənqidlərinə belə cavab verib:
“Mən Ayan hamının fikrinə hörmətlə yanaşıram xüsusi ilə də sənətkarların. Əgər bu gün mənim gördüyüm iş müzakirə olunursa demək ki, maraqlı lahiyə ərsəyə gəlib. Qorxmaz müəllimə də xoş sözlərimi çatdırıram və deyirəm ki, var olun, çox sağolun. Əgər fikir bildirirsinizsə, tənqid edirsinizsə... Zövqlər müxtəlifdir! Mənim heç zaman ajiotaj yaradacaq kliplərim, fotosessiyalarım olmayıb. Bu birinci addımımdır ki, atdım və mən bildirmək istəyirəm ki, estrada, pop janrının ifaçısıyam. Düşünürəm ki, bu normal bir şeydir. Amma mənim bu geyimlərimi kimsə yaxşı və kimsə pis qəbul edirsə bu da normal haldır. Bu işimi istər pis istərsə də yaxşı qəbul edən insanların hamısına təşəkkür edirəm. Əgər bu gün layihəm maraqlıdırsa və müzakirəyə qoyulubsa nə xoş mənə. Mahnılarım da, layihələrim də gündəm də olur. Dünən səhnəyə gəlməmişəm ki, deyim ki, bu fotosessiya ilə gündəmdə qalım. Mənim hər dediyim söz manşet olur. Siz mənə görə narahat olmayın”.