WOW
WOW

Qızı Polad Bülbül oğlunun konsertində çıxışı etdi

Qızı Polad Bülbül oğlunun konsertində çıxışı etdi

Ötən axşam Moskvanın Dövlət Kreml Sarayında məşhur sovet və Azərbaycan estrada müğənnisi, bəstəkar, kinoaktyor, Xalq artisti Polad Bülbül oğlunun yubiley konserti baş tutub. 

OLAY yazır ki, fevralın 4-də 80 yaşına qədəm qoyacaq sənətkarın özəl gecəsində Xalq artistləri Elçin Əzizov, Yusif Eyvazov, Dinara Əliyeva, Fərrux Zakirov və digər musiqiçilər çıxış ediblər.

Konsertdə diqqət çəkən məqam isə P.Bülbül oğlunun qızı Leylanın səhnədə valideyni ilə bağlı çıxışı olub.

“Biz burada atamın təkcə yubileyini deyil eyni zamanda bir dövrü qeyd edirik. 80 il parlaq hadisələr, nailiyyətlər və ilhamlarla doludur. O, təkcə mahnıları ilə milyonların qəlbini istiləşdirən istedadlı müğənni və bəstəkar deyil, həm də bütün həyatını mədəniyyətə, incəsənətə həsr etmiş bir insandır. Onun 18 il nazir kimi fəaliyyəti mədəniyyətimizə mühüm töhfə idi. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 19 il əsl sədaqət və vətənpərvərlik nümunəsi oldu. Qədim tarixi Şuşa şəhərinin nümayəndəsi kimi o bizə qoruyub saxlamalı və gələcək nəsillərə ötürməli olduğumuz sənəti, adət-ənənələri sevməyi öyrətdi. Sizin müdrikliyiniz və həyat təcrübəniz bizim üçün əvəzsiz hədiyyədir. Mənim üçün sən qəhrəmansan, mentorsan, dayaqsan. Mən onun nə qədər bənzərsiz bir ata olduğunu günlərdə danışa bilərəm”, - deyə Leyla vurğulayıb. 

Musiqi ziyafətində Polad Bülbüloğlu repertuarında yer alan sevilən və dillərdə əzbər olan mahnılarını həmçinin həmkarları ilə duetlərini səsləndirib. 

Gecədə yaşanan həmin anları isə E.Əzizovun həyat yoldaşı Həmidə xanım sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.