“Kişi qadına gül göndərməz”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.
Proqramın aparıcısı Mətanət Əliverdiyevanın “Bəs kişi nə göndərsin? Brilyant, qızıl?” sualına Nigar “Yox” cavabını verərək fikirlərini belə davam etdirib:
“Yox, lazım deyil. Doludur, neynirəm. İstəmirəm, çox sağ olun (gülür). Gülü xanıma xanım göndərər. Çünki gül xanım büdcəsi üçündür. İndiki dövrdə kişinin qadına qarşı ağırlığı nə qədər çox olursa, o qədər də qadının dəyəri bilinir, çünki öz zəhmətinə yanır”.