WOW
WOW

“İki mədəni insan kimi ayrılıq qərarı aldıq”

“İki mədəni insan kimi ayrılıq qərarı aldıq”

Müğənni Aysun İsmayılova ayrılıq xəbərləri ilə bağlı növbəti dəfə açıqlama yayıb.

OLAY yazır ki, bu barədə o, instaqramda video paylaşıb və bunları söyləyib:

“Bu açıqlamanı verməyi özümə borc bilirəm. Bəzilərinə maraqlı, bəzilərinə maraqsız ola bilər. Maraqsız olmağının tərəfdarıyam. Həyatda heç kəs heç nədən sığortalanmayıb, Allahın yazdığı taleyi heç kim dəyişə bilməz. Mənim qız övladım var, onun gələcəyi üçün belə şeylərlə gündəmə gəlmək istəmirəm. Son dəfə açıqlama verib bu söhbətin bağlanmağını istəyirəm, media nümayəndələrindən xahiş edirəm, ailəm haqqında yazmasınlar. Ramil Vəliyev mənim övladımın atasıdır, ona böyük hörmətim var. İki mədəni insan kimi ayrılıq qərarı almışıq, rəsmi boşanmamışıq, ərizə imzalayıb vermişəm”.