Prodüser Ayşe Barım saxlanılıb.
OLAY yazır ki, bununla bağlı Türkiyə Baş Prokurorluğundan açıqlama verilib.
Bildirilib ki, prodüser Gəzi Parkı etirazları zamanı onunla çalışan məşhurları aksiyalara qoşulmağa təşviq edib və qruplaşma yaradıb.
O, Türkiyə Cümhuriyyəti Hökumətinə zərər verməkdə və işini əngəlləməyə təşəbbüsdə ittiham olunaraq bölməyə aparılıb.