“Yalı çapkını” serialında İfakat rolu ilə məşhurlaşan Gülçin Santırcıoğlu Türkiyə gündəmini zəbt edən Ayşe Barım qalmaqalına münasibət bildirib.
OLAY yazır ki, aktrisa fikirlərini instaqramda paylaşıb. Onun prodüser haqqında dedikləri ondan xəbər verir ki, qalmaqal əsassız deyil və nə zamansa özü də onun qurbanlarından biri olub.
“İnanın ki, bu sahədə tamamilə haqqı ilə var olan və aldığı pulu dırnaqları ilə qazıyan yüzlərlə kamera önü və arxası insanla çalışdım. Əslində, məncə, əksəriyyət bu insanlardır. İnhisarçılıq yoxdur? Əlbəttə var. Ayşe Barımdan başqa bir menecerlə işləmək mental olaraq ikinci liqa oyunçusu olmağa bərabərdir. Özünəməxsus menecer olan və 14 ildir işlədiyim həmcinsimdən belə gördüyüm mobbinqi özümə ancaq son illədə etiraf edə bildim.
Ayşe Barım tək başına necə güclü ola bilər? Onun sözlərinə “Yox” deməyənlər kimlərdir? “Mama” olma mövzularını bilmirəm, orda deyildim. Dərdim kimisə qorumaq və günahlandırmaq deyil. Kimsə təkbaşına kal ola bilməz, təbii ki, təbəələr lazımdır. Mən halımdan razı olan biri kimi soruşuram. "Qaza" gələcəksinizsə, sadəcə Ayşe Barım üzərindən deyil, onun sözlərinə qarşı heç nə deyə bilməyənlərə də baxın.
Çox uzun oldu, fərqindəyəm, amma heç bir monopoliyaya fikir vermədən mənə rol şansı verən şəxslərə təşəkkür edirəm”, - aktrisa sonda vurğulayıb.
Qeyd edək ki, Türkiyədə prokurorluq idarəedici şirkətlər və kastinq agentlikləri ilə bağlı araşdırmaya başlayıb. İstintaq çərçivəsində İstanbul Respublika Prokurorluğu “İD Consultancy” şirkətinin sahibi Ayşe Barımın ölkədən çıxışına qadağa qoyulub. Barım haqqında sosial mediada bir çox iddia səsləndirilir. Ümumilikdə, 21 şirkət barəsində araşdırma davam edir.