WOW
WOW

Aybəniz Haşımova izləyicilərini qorxutdu: “Daha dözümüm qalmayıb”

Aybəniz Haşımova izləyicilərini qorxutdu: “Daha dözümüm qalmayıb”

“Bu gün yenə onun, onsuz doğum günüdür. Piano susur və sahibini gözləyir... O, isə gəlmir ki, gəlmir. Ancaq mən onu yenə də gözləyirəm. Tək doğum günündə deyil, həmişə gözləyirəm. Onun üçüm çox darıxıram. Gedənlərim üçün çox darıxıram. Yuxun şirin olsun, qardaş və bir də bu dünyaya oyanma.

Bilsəydim ki, bu dünyanın üzü astarından daha baha olacaq, gəlməzdim bu dünyaya. Artıq heç bilmirəm, bilmək də, istəmirəm necə yaşıl olur? Onsuz da sənsiz olur, nəyimə gərək... Bir para yaralı kürəyimin xəncər yarası çoxalır, sən isə tam sükuta qərq olmusan, qardaş. Susmaq qədər əzablı heç nə yoxmuş dünyada... Mən indi bildim”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial media hesabında mərhum bəstəkar Tahir Əkbər haqqında yazıb. Musiqiçi ilə məşq zamanı lentə alınan kadrları paylaşan 56 yaşlı A.Haşımova həyat eşqinin yox olduğunu da dilə gətirib. Onun həyata dair fikirləri izləyicilərini qorxuya salıb:

“Mən də susub getmək, yox olmaq istəyirəm, yoxluqların boş qalmış, viran olmuş, ölmüş ürəyimin hər dəfə yoxluqlarınızı hər dərk etdiyimdə vurulan zərbələrinizə daha dözümüm qalmayıb. Mənə stimul verirdiniz - sən, Gülarə xanım, Oqtay müəllim. Amma indi yoxluğunuz məni ildən-ilə elə yeyib-didir ki, artıq gücüm də azaldıqca azalır deyəsən...

Bilsəydiniz ki, dərdinizi belə çəkirəm, görən yenəmi çıxıb gedərdiniz?”