Mərhum aktyor Azər Baxşəliyevin rəssam-memar xanımı Nigar Seyid instaqramda izləyicilərin suallarını cavablandırıb.
OLAY yazır ki, Nigar bir sosial media istifadəçisinin “İnsanlar niyə başqalarını mühakimə etməyə meyillidir” sualına cavab verib:
“Bilmirəm ki... Öz həyatımda elə şeylər yaşamışam ki, insanlar yalnız görünən tərəfə baxıb fikir bildiriblər. Buna görə də indi çalışıram, heç kimi mühakimə etməyim, çünki hər hekayənin görünməyən bir tərəfi olur. Yəqin onlar da özləri ilə bağlı bir şey yaşasa, artıq etməzlər, deyə düşünürəm”.
Qeyd edək ki, Azərlə Nigarın Züleyxa adlı qız övladı var.