WOW
WOW

Məşhur müğənniyə göyərçin nəcisi yedizdiriblər?

Məşhur müğənniyə göyərçin nəcisi yedizdiriblər?

Müğənnilik karyerası ilə yanaşı həm aktyorluq, həm də şoumenliklə məşğul olan Mahmut Tuncer göyərçin nəcisi yeməsindən danışıb. 

OLAY yazır ki, sənətçi Yasəmən İlanın “Səsiniz batsın deyə sizə göyərçin nəcisi yedizdirdilərmi?” sualına belə cavab verib:

“Köhnə yaraları açmayaq, yaxşı olar ki, özümdə saxlayım. Mən susuram, amma bilənlər bilir. Həyat hekayəmin 20 faizi dramadır. Pulum olmadığı üçün ac yatdığım vaxtlar olub.

Məni görəndə çox gülən insanlardan əsəbləşirəm. Onlar məni şoumen kimi görürlər. İki dost məni küçədə görəndə biri digərinin qulağına “Mahmut Tuncerə bax” deyə pıçıldayıb gülməyə başlayırlar. Niyə gülürsən? Yalan danışmayacağam, çox güləndə məni əsəbiləşdirir. Nə vaxt ucadan gülən insanlar olsa, əsəbiləşirəm”.

Bir müddət əvvəl plastik əməliyyatı ilə gündəmə gələn Mahmut Tuncer yanaqlarına dolğu vurdurduğunu deyib:

“Əslində 63 yaşım var, amma məni görənlər “40 yaşında görünürsən” deyir. Gənc görünürəm, çünki heç nəyi özümə dərd etmirəm. 10 ay əvvəl plastik əməliyyat etdirdim, üzümə iynə vurdular, yanaqlarımı şişirdilər. Amma zamanla əriyir, mənimki əriyib getdi. Qızım Gizemlə getdiyim yerdə həvəsə düşüb elətdirdim, amma keçib getdi. Gənc qalmağın və xəstəliksiz yaşamağın sirri şən olmaqdır”.