Baş rolda Bleyk Layvlinin çəkildiyi “It Ends With Us” filminin reissoru Castin Baldoni aktrisa və onun həyat yoldaşı Rayan Reynoldsı məhkəməyə verib.
OLAY yazır ki, kino xadiminin sözlərinə görə, Layvlinin cinsi təcavüz ittihamları həqiqəti əks etdirmir. Baldoni hesab edir ki, aktrisa böhtanlarla onun karyerasını məhv etmək niyyətindədir.
“DailyMail”-in əldə etdiyi məhkəmə sənədlərinə görə, məşhur aktrisa çəkiliş meydançasında təcavüzə məruz qaldığını və ağır iş mühitinin yaradıldığını iddia edib.
Hadisənin ən diqqət çəkən hissəsi 2024-cü il 6 avqust taixində - filmin premyerasında baş verib. Baldoninin vəkilləri iddia ediblər ki, rejissor və ailəsi Layvlinin tələbi ilə premyera gecəsi binanın zirzəmisində saxlanılıb.
Layvlinin vəkilləri məsələ barədə açıqlama yayıb.
“Bu iş klassik zorakılıq taktikasıdır. Bir qadın qısmanaya dair konkret dəlillər irəli sürdükdə, təzyiq göstərən şəxs vəziyyəti dəyişdirməyə çalışacaq. Onlar günahı xanım Layvlinin üzərinə yıxmağa çalışırlar, yalandan iddia edirlər ki, o, yaradıcılıq nəzarətini ələ keçirib və aktyorları cənab Baldonidən uzaqlaşdırıb. Sübutlar göstərəcək ki, cənab Baldoni və “Wayfarer Studios” ilə işləyən aktyor heyətinin mənfi təcrübələri olub. Sübutlar həmçinin göstərəcək ki, “Sony” studiyası böyük uğur qazanacaq filmin çəkilişlərinə nəzarət etməyi xanım Layvlidən istəyib”, - məlumatda qeyd olunub.
Çəkiliş qrupu açıqlamasında bildirib ki, Layvlinin ittihamlarından sonra bəzi əməkdaşlar ölümlə hədələnib və söyüşlərə məruz qalıblar.
Sənaye mütəxəssisləri bu prosesdən hər iki tərəfin karyerasına ciddi təsir göstərə biləcəyini deyirlər. Araşdırma və məhkəmə nəticəsi Hollivudda səbirsizliklə gözlənilir.